Qlazur üçün:
Şokolad - 200 q.
"Best Cow" kərə yağı - 50 q
Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.
Yumurta ağarana qədər çalınır, 10 - 15 dəqiqə çalın. Sonra mürəbbə əlavə edilir.
Sonra un və soda əlavə edilir və qaşıqla ehtiyatla qarışıdırılır.
Biskvitlərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Soyumuş biskivitin hər birini bıçaq vasitəsi ilə 2 hissəyə bölürük.
Soyuq qaymaq, vanil və şəkər tozu mikserlə yaxşıça çalınır. Sonra calinmış krem soyuducuya qoyulur.
Sonra qarışdırdığımız kremdən bir qədər götürüb biskvitə çəkin.
İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da krem çəkilir.
Eyni qayda ilə biskvitin 3- cü və 4 -cü hissəsini də kremləyirik.
Budur, tortumuz hazırdır!
Tortumuzu bəzəmək üçün şokoladı və yağı su hamamında əridirik və tortun üzərinə tökürük.
Rəngli ulduzları da səpməyi unutmayın.