Tərkibi:
Xəmir üçün:
Yumurta - 8 ədəd
Şəkər tozu - 350 q.
Un - 320 q.
Qabartma tozu - 2 c. q.
Krem üçün:
Şəkər kirşanı - 200 q.
Qaymaq - 500 q. 35 % - li
Çem üçün:
Portağal - 2 ədəd
Naringi - 2 ədəd
Yarim limonun şirəsi
Şəkər tozu - 5 - 6 x. q.
Hazırlanması:
Əvvəlçə yumurta şəkər tozu ilə mikserlə 10 - 12 dəqiqə çalinir.
Sonra un və qabartma tozu əlavə edilir.
Çox ehtiyatla qarışdırın.
Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. Qabin diametri 26 sm. - dir.
180 dərəcədə 35 - 40 dəqiqə bişirmək lazımdır.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Soyumuş biskiviti bıçaq vasitəsi 3 hissəyə bölürük.
İndı portağal və naringinin gabiği təmizlənir.
Sonra tumlari təmizlənir və xirda - xirda doğrayiriq.
İndı isə, üzərinə şəkər tozu tökün, və yarim limonun şirəsini əlavə edin.
Sonra bu qarişimi vam odda qizdiririq.
Daha sonra bunu 5 dəqiqə möhkəm qaynadiriq, və altini söndürürük.
İndı isə keçirik kremin hazırlanmasına.
Soyuq qaymaq, vanil və şəkər kirşanı mikserlə yaxşıça çalınır.
Əvvəlcə soyumuş biskvitin üzərinə soyumuş çem çəkilir.
Sonra qarışdırdığımız kremi çemin üzərinə çəkirik.
İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə cem çəkilir, sonra krem çəkilir.
Eyni qayda ilə biskvitin 3 - cü hissəsini də kremləyirik.
Daha sonra biskvitin kənar hissələrini kremləyirik.
İstəsəniz öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Budur, tortumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)