2 porsiya
Tərkibi:
20 çay qaşığı mannı
1 stəkan süd
2 yumurta
4 xörək qaşığı şəkər
4 ədəd alma
100 qram albalı tumsuz
50 qram kərə yağı
4 xörək qaşığı suxari
Hazırlanması:
Mannı südlə birlikdə bişirilir. Şəkər və 1 çimdik duz əlavə edilir. Biraz soyuduqdan sonra, yumurta yaxşı çalınıb qarışdırılır. Almanın qabağını soyduqdan sonra nazik dilimlər şəklində doğranılıb, albalı və şəkərlə qarışdırılır. Sobanın yağlayıb, 1 xörək qaşığı suxari səpilir. Mannının bir hissəsi tökülür üzərinə. Meyvələr düzülür, sonra mannının qalan hissəsi əlavə edilir. Üzərinə əridilmiş yağ əlavə edilir və suxari səpilir. 20 dəqiqə 200 dərəcədə bişirilir.