Tərkibi:
Xəmir üçün:
Un - 130 q.
Şəkər tozu - 190 q.
Limon qabiği - 1 x. q.
Yumurta - 4 ədəd
Qabartma tozu - 7 q.
Duru yağ - 3 x. q.
Qaynar su - 3 x. q.
Vanilin - 5 q.
Şirə üçün:
Şəkər kirşanı - 2 x. q.
Qaynar su - 50 ml.
Naringi şirəsi - 50 ml.
Krem üçün:
Narinqi
Şokolad - 50 q.
Badam - 50 q.
Qoz - 50 q.
Hazırlanması:
Əvvəlçə yumurta şəkər tozu ilə mikserlə 5 dəqiqə çalınır.
Ayrı bir qabda un, vanil, qabartma tozu və rəndələnmiş limon qabığını qarışdırırıq.
Çalmağı dayandırmadan unlu qarışımı əlavə edirik, sonra üzərinə yavaş - yavaş qaynar su ilə duru yağı əlavə edin.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Soyumuş biskiviti bıçaq vasitəsi 4 hissəyə bölürük.
İndi naringi çemi hazırlanır:
Çemi necə hazirlayiriq? Əvvəlcə 300 q. naringinin gabığı və tumlari təmizlənir, sonra blenderdən kecirilir.
Daha sonra 100 - 150 q. şəkər tozu əlavə edilir, vam odda bişirilir 10 - 15 dəqiqə. Yəni bir az qatılaşana qədər. Amma hazır cem də olar çəkmək.
İndi kremi qarışdırırıq:
Yumşaq kərə yağı çalınır, sonra üzərinə qatılaşdirılmış süd və vanil əlavə edilir və yenidən çalınir.
Sonra qarışdırdığımız kremi biskvitin üzərinə çəkirik.
İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə şirə çəkilir, sonra soyumuş çem çəkilir.
İlk olaraq tortumuzu bəzəmək üçün şokoladı su hamamında əridirik.
Sonra doğranmış qoz və badamla və naringi dilimləri ilə bəzəyə bilərsiniz.
Perqament kağızını konus şəklində büküb, içini əridilmiş şokoladla doldurun.
Ucunu nazik kəsərək tortun üzərinə istədiyiniz naxışı vura bilərsiniz.
İstəsəniz öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.