Qadin.NET / Dadlı tort (foto resept)

Dadlı tort (foto resept)

Tərkibi:
Xəmir üçün:
 Yumurta - 1 ədəd
Şəkər tozu - 165 q.
Qabartma tozu - 1 c. q.

"Best Cow" kərə yağı - 200 q.
Un - 400 q.

 Xama - 2 x. q.

 Kakao - 3 x. q.

Krem üçün:
 Qatlaşdırlımış süd - 1 qutu
 Qaymaq - 400 q.  35 % - li
Qara şokolad - 20 q.
Kofe - 1 ç. q. yarım
Üzəri üçün:  
Şokolad - 70 q.
Qaymaq - 30 ml.
Qoz - 70 q.
Dadlı tort (foto resept)
Hazırlanması:
Dadlı tort (foto resept)

Yumurta ilə şəkər tozu və xama mikserlə yaxşı-yaxşı qarışdırılir.

Dadlı tort (foto resept)

Sonra bu qarışıma əridilmiş kərə yağı əlavə edin.

Dadlı tort (foto resept)

İndi un, kakao və qabartma tozunu da əlavə edirik, yavaş - yavaş qarışdırırıq.

Dadlı tort (foto resept)

Xəmiri 9 hissəyə bölürük. Hazır kündələrin üzərinə sallofan çəkib, 30 dəqiqə soyuducuda saxlayırıq.

Dadlı tort (foto resept)

Kündələri un səpib yağlı kağız üzərində yayırıq. Diametri 22 sm - dir.

Daha sonra bu xəmiri götürüb soba listinə yerləşdiririk.

200 dərəcədə 3 - 5 dəqiqə bişiririk, yəni qızaran kimi götürürük.  

Dadlı tort (foto resept)
İndı isə, keçirik kremin hazırlanmasına. 
Dadlı tort (foto resept)
Krem üçün olan ərzaqları qarışdırırıq: Yani kofe, qatlaşdırılmış süd və bir az şokolad.
Dadlı tort (foto resept)

Daha sonra bu qarışığı buxarda dayanmadan qarışdıra qarışdıra qızdırırıq.

 Şokoladlı qarışım soyuyanda üzərinə çalınmış qaymağı əlavə edin. Sonra hazır kremin tam soyumağını gözləyirik.

Dadlı tort (foto resept)
Sonra bişmiş biskvitlərin kənarlarını kəsirik.

Hazır olan yuxalarımızın aralarını kremləyib üst-üstə yığırıq.

İndi isə, biskvitin kənar hissələrini kremləyirik.

Dadlı tort (foto resept)

Sonra xəmir qırıntılarını xırdalayırıq.

Daha sonra kremlənmiş hissəni, doğranmiş qoz və ovuntu ilə bəzəyirik.

Dadlı tort (foto resept)
Tortumuzu bəzəmək üçün şokoladı su hamamında əridirik, üzərinə qaymağı əlavə edib qarışdırırıq.
Dadlı tort (foto resept)

Sonra əridilmiş qaymaqlı şokoladı tortun üzərinə çəkirik.

Dadlı tort (foto resept)
Daha sonra tortun üzərini ələnmiş kakao ilə bəzəyə bilərsiniz. 
  Budur, tortumuz hazırdır!
Dadlı tort (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

25 noyabr 2016
GO BACK