Tərkibi:
Xəmir üçün:
Un - 160 q.
Şəkər tozu - 330 q.
Limon qabiği - 1 x. q.
Yumurta - 6 ədəd
Qabartma tozu - 1 ç. q.
Xaş-xaş 60 q.
Duru yağ - 3 x. q.
Qaynar su - 2 x. q.
Vanilin - 5 q.
Krem üçün:
Qaymaq - 600 q.
Şəkər kirşanı - 250 q.
Vanilin - 1 paket
Bişmiş qatlaşdırılmış süd - 1/2 qutu
Qaynar su
Üzəri üçün:
Şokolad - 100 q.
Hazırlanması:
Əvvəlcə bir qabda un, qabartma tozu, xaş-xaş və limon qabığını qarışdırırıq.
Sonra yumurta, vanilin və şəkər tozu çalınır, 10 - 12 dəqiqə çalin.
Çalmağı dayandırmadan üzərinə yavaş- yavaş qaynar su əlavə edin, daha sonra duru yağı əlavə edin.
İndı isə un qarışığını 3 dəfə az - az əlavə edirik.
Çox ehtiyatla qarışdırın.
Biskvitimiz bişənə qədər bu ərəfədə biz kremi hazırlayaq:
Soyuq qaymaq, vanil və şəkər kirşanı mikserlə yaxşıça çalınır.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Biskiviti bıçaq vasitəsi 2 hissəyə bölürük.
Sonra hazır biskvitin hər birini iki hissəyə bölün. Çəmi 4 hissə olur.
Sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik.
İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə şirə çəkilir, sonra krem.
Eyni qayda ilə biskvitin 3 - cü və 4 - cü hissələrini də kremləyirik.
Kremdən bır qab saxlayın ki, tortun üzərini bəzəyə biləsiz.
İlk olaraq tortumuzu bəzəmək üçün şokoladı su hamamında əridirik.
Qızıl gülün yaşıl yarpaqlarını təmiz yuyub, qurulayırıq.
Sonra yarpağı yağlı kağız üzərinə qoyuruk və arxa tərəfinə şokoladı çay qaşığı ilə əlavə edirik.
Sonra soyuducuya yerləşdiririk. Bir az sonra tortun üzərinə yerləşdiririk.
İstəsəniz öz fantaziyanıza uyğun şəkildə bəzəyə bilərsiniz.
Perqament kağızını konus şəklində büküb, ucunu nazik kəsərək tortun üzərinə istədiyiniz naxışı vura bilərsiniz.
Budur, tortumuz hazırdır!