Tərkibi:
Xəmir üçün:
Un - 300 q.
Şəkər tozu - 200 q.
Kök - 300 q.
Yumurta - 3 ədəd
Qoz ləpəsi - 1 stəkan
Darçın - 1 ç. q.
Bal - 3 x. q.
Duru yağ - 140 q.
Soda - 1 ç. q.
Vanilin - 5 q.
Duz - 1 çimdik
Krem üçün:
Qaymaq - 500 q.
Şəkər tozu - 250 q.
Ərik cemi
Vanilin - 1 paket
Üzəri üçün:
Qoz - 100 q.
Şokolad - 100 q.
Hazırlanması:
Sonra başqa bir qabda yumurta şəkər tozu ilə çalınır, sonra darçin və vanilin əlavə edilir.
Çalmağı davam edə - edə duru yağ əlavə edilir. Sonra bal əlavə edirik.
İndi çalınmış yumurta qarışımına kök və ələnmiş un və sodani əlavə edirik. Və taxta qaşıqla ehmalca qarışdırılır.
Sonra doğranmış qoz əlavə edirik.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Biskiviti bıçaq vasitəsi 4 hissəyə bölürük. Ya da ki, xəmiri 2 qaba bölüb bişirin.
Sonra hazır biskvitin hər birini iki hissəyə bölün.
İndı isə keçirik kremin hazırlanmasına:Əvvəlcə biskviitin üzərinə ərik cemi çəkilir, sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik.
İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə cem çəkilir, sonra krem.
Eyni qayda ilə biskvitin 3 - cü və 4 - cü hissələrini də kremləyirik.
Daha sonra biskvitin kənar hissələrini kremləyirik.
İndi isə, şokoladı və qoz ləpəsini xırda - xırda doğrayın, sonra tortun üzərinə səpin.
Ya da ki, öz zövqünüzə görə bəzək verə bilərsiz.
Buyurun, tortumuz hazırdır.