Qadin.NET / "Maşenka" tortu (foto resept)

"Maşenka" tortu (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un - 640 q.

 Qatlaşdırılmış süd - 400 q.

Xama - 500 q.

Yumurta - 6 ədəd 

Kakao - 4 x. q.

Soda - 2 ç. q.

Vanilin - 5 q.

Krem üçün: 

Qatlaşdırılmış süd - 400 q. 

  "Best Cow" kərə yağı - 400 q.

Vanilin - 1 paket

Üzəri  üçün:

Qoz - 100 q.

Şokolad - 100 q.

Hazırlanması:

    

"Maşenka" tortu (foto resept)

 

Əvvəlcə bir qabda xama, qatlaşdırılmış süd və yumurta qarışdırılır.

 

"Maşenka" tortu (foto resept)

 

İndi isə, üzərinə un və qabartma tozu ələnib əlavə edilir.

Vanili də əlavə edin və bır daha yaxşıca qarışdırın.

"Maşenka" tortu (foto resept)
Xəmiri iki hissəyə bölürük. Birinə kakao əlavə olunur.
"Maşenka" tortu (foto resept)

Tort qabıni yağlayırik. 

 

"Maşenka" tortu (foto resept)

 

Sonra hazır xəmiri qaba tökürük. 

"Maşenka" tortu (foto resept)

210 dərəcədə isidilmiş sobada 20 dəqiqə bişməyə qoyuruq.

"Maşenka" tortu (foto resept)
Biskvitimiz hazır olduqdan sonra öz bişdiyi qabda soyumalıdır.

 

"Maşenka" tortu (foto resept)

 

Soyumuş biskviti iki yerə bölün. 

 

"Maşenka" tortu (foto resept)

 

Kakaolu biskvitdə bişdikdən sonra bir az öz qabinda soyudulur. 
"Maşenka" tortu (foto resept)
Və soyumuş biskviti iki yerə bölürük. 
"Maşenka" tortu (foto resept)

İndi isə, keçirik kremin hazırlanmasına. 

Kərə yağını mikserlə yaxşıca çalıb üzərinə vanilin və qatlaşdirilmiş süd əlavə edin. Sonra yenidən yaxşıça çalırıq. 

"Maşenka" tortu (foto resept)

Soyudulmuş biskvitə bir qədər krem çəkirik.
İndi ikinci hissəyə kakaolu biskvit qoyulacaq.

Eyni qayda ilə biskvitin 3 - cü və 4 - cü hissələrini də kremləyirik.

İndi isə, biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni doğranmış qoz və şokoladla bəzəyirik. 

Kremdən bir qədər götürüb  tortun mərkəzinə çəkirik.

Buyurun "Maşenka" tortumuz hazırdır. 

"Maşenka" tortu (foto resept)
Nuş olsun!  nyam
    (Tərcümə edilib)
23 oktyabr 2016
GO BACK