Şəkər tozu - 1 stəkan.
Yumurta - 2 ədəd
Bal - 2 x. q.
Soda - 2 ç. q.
Vanilin
Krem üçün:
"Best Cow" kərə yağı - 250 q. (yumşalmış)
Yumurta - 2 ədəd
Hazırlanması:
İlk olaraq krem üçün olan bütün ərzaqları qarışdırırıq.
Sonra bu qarışımı vam odda qarışdıra qarışdıra bişiririk.
Krem hazırdır.
İndi bu isti kremi başqa qabin içinə yerləşdiririk, qabin içinə də soyuq su tökürük. Su ara bir dəyişdirilməlidir.
Yumşaldılmış kərə yağını bıçaqla doğrayırıq.
Sonra yağı və vanili kremə əlavə edirik.
Soyumuş kremi mikserlə yaxşıca çalırıq.
İndi isə, tortun xəmirini hazirlayaq:
İlk olaraq xəmir üçün olan ərzaqları qarışdırırıq. Undan başqa.
Daha sonra bu qarışıq buxarda 5 dəqiqə dayanmadan qarışdırılir.
Sonra üzərinə az-az 2 st. yarim un və vanil əlavə edib yumşaq xəmir edirik.
Alınan xəmiri stola un səpirik və xəmiri unun üzərinə tökürük 6 - 7 və ya 8 kündəyə bölürük.
Kündələri un səpib yayırıq.
Daha sonra bu xəmiri oxlovda götürüb soba listinə yerləşdiririk.
Sonra kənarlarını kəsirik.
180 dərəcədə 7 dəqiqə bişiririk, yəni qızaran kimi götürürük.
Kəsdiyimiz xəmir qırıntılarını da bişirin, onlar bizə lazım olacaq.
Hazır olan yuxalarımızın aralarını kremləyib üst-üstə yığırıq.
İndi isə, biskvitin kənar hissələrini kremləyirik.
Sonra bişmiş xəmir qırıntılarını vərdənə ilə xırdalayırıq.
Daha sonra kremlənmiş hissəni ovuntu ilə bəzəyirik.