Qadin.NET / Yumurtasız şokoladlı tort (foto resept)

Yumurtasız şokoladlı tort (foto resept)

Tərkibi:
Şəkər tozu - 1 stəkan
Un - 1 stəkan
Qatiq - 1 stəkan
Kakao - 2 x. q.
Soda 1/2 ç. q.
Krem üçün:
 Şəkər tozu - 250  q.
Şokolad - 100 q
 Qaymaq - 500 q.  35 % - li
Vanilin 1 paket
Hazırlanması:  
Yumurtasız şokoladlı tort (foto resept)

İlk öncə qatıq və şəkər tozunu yaxşı-yaxşı qarışdırırıq.

Yumurtasız şokoladlı tort (foto resept)

Sonra un, kakao və sodanı da əlavə edib, yenidən qarışdırırıq. 

Yumurtasız şokoladlı tort (foto resept)
Soba qabını kərə yağı ilə yağlayırıq. Xəmirimizi içinə əlavə edirik.
200 dərəcədə 30 dəqiqə bişirmək lazımdır.
Yumurtasız şokoladlı tort (foto resept)

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Biskiviti bıçaq vasitəsi iki hissəyə bölürük. 

Yumurtasız şokoladlı tort (foto resept)

İndı isə keçirik kremin hazırlanmasına:  

Yumurtasız şokoladlı tort (foto resept)

Soyuq qaymağı, vanili və şəkər tozunu mikserlə yaxşıça çalın. 

Yumurtasız şokoladlı tort (foto resept)

Sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik. 

İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq.

Daha sonra biskvitin kənar hissələrini kremləyirik.

Yumurtasız şokoladlı tort (foto resept)

İndi isə, şokoladı sürtgəcdən keçirin, sonra tortun üzərinə səpin. 

Və 2 saatlıq soyuducuya qoyun ki, əriməsin.

 Ya da ki, öz zövqünüzə görə bəzək verə bilərsiz.

Və budur, yumurtasız şokoladlı tortumuz hazırdır!
Yumurtasız şokoladlı tort (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
2 noyabr 2016
GO BACK