Qadin.NET / Asan tort (foto resept)

Asan tort (foto resept)

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 4 ədəd
Şəkər tozu - 120 q.
Un - 120 q.
Krem üçün:
 "Best Cow" kərə yağı - 300 q
 Qatlaşdırılmış süd - 1 qutu
Vanilin - 1 / 2 ç. q.
Üzəri üçün: 
Qoz ləpəsi və ya yerfındığı - 200 q.
Ya da ki, şokolad - 200 q.
 Hazırlanması: 
Əvvəlcə yumurtanın ağını sarısından ayırın

Asan tort (foto resept)

Ayırdığınız sarıları mikser qabına tökün.

İndi isə mikseri işə salırıq. Yumurta sarilarını köpüklənənədək çalırıq. 

Asan tort (foto resept)

İndi isə, ayriça soyuq yumurta ağlarını köpüklənənədək çalırıq. 

Bu ərəfədə 3 x. q. şəkər tozu əlavə edib yenə də çalırıq. 

İndi isə, çalinmiş yumurtanin ağini və sarisini birləşdiririk.

Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik. Taxta qaşiqla qarişdirin.

Asan tort (foto resept)

İndi isə, ələnmiş unu əlavə edirik.

Asan tort (foto resept)

Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik.
180 dərəcədə isidilmiş sobada 25 - 30 dəqiqə ərzində bişiririk.

Bu ərəfədə kremi qarışdırırıq:

Yumşaq kərə yaği çalinir, sonra üzərinə qatlaşdirilmiş süd və vanil əlavə edilir və yenidən çaliriq.

 Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Sonra biskviti bıçaq vasitəsi ilə iki və ya üç hissəyə bölürük.

Mikserdə qarışdırdığımız kremimizi biskvitin üzərinə çəkirik, sonra kremin üzərinə çəkilmiş qoz səpirik.

Asan tort (foto resept)

Biskvitin ikinçi hissəsini də kremin üzərindən qoyuruq.

Asan tort (foto resept)

İndi isə, biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni çəkilmiş ləpə ilə bəzəyirik.

Asan tort (foto resept)

Buyurun, tortumuz hazırdır! 

Asan tort (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
29 sentyabr 2016
GO BACK