Tərkibi:
Un - 255 q.
Şəkər tozu - 290 q.
Soda - 1 ç. q.
Qabartma tozu - 1 ç. q.
"Best Cow" kərə yağı - 60 q.
Duru yağ - 60 q.
Yumurta - 2 ədəd
Kakao - 55 q.
Süd - 280 ml.
Sirkə - 1 x. q.
Duz - 1 ç. q.
Vanilin - 2 q.
Krem üçün:
Qaymaq - 500 q. 35 - 40 %
Şəkər kirşanı - 200 q.
Vanilin - 1 paket
Üzəri üçün:
Qoz - 100 q.
Şokolad - 100 q.
Hazırlanması:
Əvvəlcə bir qabda un, kakao, soda, şəkər tozu, vanilini və duzu qarışdırırıq.
İndi blenderdə duru yağ, kərə yağı, yumurta və südü mohkəm çalırıq.
Sonra üzərinə sirkə əlavə edirik.
Və qarışımları birləşdiririk, yəni çalınmış kütləni un qarışımına yavaş-yavaş əlavə edirik.
Soba qabını yağlayırıq, sonra qabın içinə un səpirik, və hazır xəmiri qaba tökürük.
175 dərəcədə isidilmiş sobada 50 - 60 dəqiqə bişiririk.
Biskvitimiz hazır olduqdan sonra, 10 dəqiqə öz qabında soyumağa qoyuruq.
Sonra biskvitin tam soyumağını gözləyirik.
İndı isə, keçirik kremin hazırlanmasına.
Soyuq qaymağı mikserlə çalın, üzərinə şəkər kirşanı və vanilin əlavə edib, yenə çalırıq.
Kremdən bir qədər götürüb biskvitə çəkin.
Sonra biskvitin ikinci hissəsini qoyuruq, onu da yaxşı kremləyirik.
İndi isə, biskvitin kənar hissələrini kremləyirik.
Və kremlənmiş hissəni doğranmış şokoladla, və ya doğranmış qozla bəzəyirik.
Ya da ki, öz zövqünüzə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Və budur, şokoladlı tortumuz hazırdır!