Qadin.NET / Bezeli, biskvitli qozlu tort (foto resept)

Bezeli, biskvitli qozlu tort (foto resept)

Tərkibi:
Xəmir üçün:
4  ədəd yumurta
 100 q. şəkər tozu

100  q. un

1/2 ç. q. vanilin

Beze üçün:

3 ədəd yumurta

150 q.  şəkər tozu

1/2  ç. q. vanilin

Şirə üçün:

120 ml. su

130 q. şəkər tozu

1/2  ç. q vanilin

Krem üçün:

150 q.  şəkər tozu

120 q. qatlaşdırılmış süd

300 q.  "Best Cow" kərə yağı

Üzəri üçün: 

100 q. şokolad 

100 ml. qaymaq 20 - 30 % - li

150 q. qoz

  Hazırlanması: 

Bezeli, biskvitli qozlu tort (foto resept)

 

Əvvəlcə 3 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün. Sarılarını isə tamamilə kənar bir qaba düzün.

İndi isə mikseri işə salırıq.  Yumurta ağlarını 1 çimdik duzla köpüklənənədək çalırıq. 

 

Bezeli, biskvitli qozlu tort (foto resept)

 

Bu ərəfədə şəkər tozunu əlavə edib yenidən çalırıq. 
Bezeli, biskvitli qozlu tort (foto resept)

İndi isə, soba listinə kağız səririk və hazır bezeni mətbəx şprisi vasitəsi ilə kağızın üzərinə tort qabımızın diametrində  buraxırıq.

Bir neçə dənə də balaca beze buraxın, bezek üçün.

 Və əvvəlcədən isidilmiş soboya yerləşdirin.

100 dərəcəli sobada 2 saat durmalıdır ki, yaxşı qurusun.

Bezeli, biskvitli qozlu tort (foto resept)
İndi tortun biskvitini hazırlayaq:

Yumurta ilə şəkər tozunu və balı mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Yumurta ağarana qədər çalınır, 10 - 15 dəqiqə çalın.

Sonra üzərinə ələkdən keçirilmiş un və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır. 

Soba qabi yağlanır qarışıq içinə tökülür.

180 dərəcə isidilmiş sobada 30 - 40 dəqiqə bişməyə qoyuruq.

 Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş biskviti ortadan iki bölürük. 

Bezeli, biskvitli qozlu tort (foto resept)

Şirə hazırlayırıq:

Şəkər tozu ilə suyu qaynadırıq. Soyanda vanilin əlavə edin.

Bezeli, biskvitli qozlu tort (foto resept)
 Sonra biskviti nəmləyirik. 
Indi kremi hazırlayırıq:
Bezeli, biskvitli qozlu tort (foto resept)
Kərə yağını mikserlə çalırıq.
Bezeli, biskvitli qozlu tort (foto resept)

Çalmağı davam edə - edə qatlaşdırılmış südü əlavə edib, yenidən mikserdə çalırıq.

Bezeli, biskvitli qozlu tort (foto resept)
Sonra 1 xörək qaşığı qaynadılmış soyuq su əlavə edin.
Bezeli, biskvitli qozlu tort (foto resept)

İndi, qovrulmuş ləpələri vərdənə ilə xırdalayırıq.

Bezeli, biskvitli qozlu tort (foto resept)

Kremdən bir qədər götürüb biskvitə çəkin.

 

Bezeli, biskvitli qozlu tort (foto resept)

 

Sonra çəkdiyimiz kremin üzərinə xırdalanmış qoz səpirik. 

Bezeli, biskvitli qozlu tort (foto resept)

İndi hazır soyumuş beze ayrıca kremlənir, sonra kremlənmiş bezeyi tortun üzərinə çevirin.  

Bezeli, biskvitli qozlu tort (foto resept)

Sonra bezenin arxa tərəfini kremləyirik.

Daha sonra çəkilmiş kremin üzərinə qoz səpirik. 

 

Bezeli, biskvitli qozlu tort (foto resept)

 

İndi biskvitin ikinçi hissəsini kremləyirik. (Bu da ayrıca kremlənir).

Bezeli, biskvitli qozlu tort (foto resept)

Sonra kremlənmiş biskviti tortun üzərinə çevirin.

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Bezeli, biskvitli qozlu tort (foto resept)
İndi balaca bezeləri əlimizlə xırdalayırııq. Və qozun üzərinə əlavə edib, qarışdırın.
Sonra xirdalanmiş beze ilə qozu, kremlənmiş hazir tortun ətrafina səpirik.
Bezeli, biskvitli qozlu tort (foto resept)

Üzəri üçün şokoladı kiçik parçalara bölürük.

Sonra qaymağı möhkəm qızdırın şokoladın üzərinə əlavə edin ki, ərisin.

Bezeli, biskvitli qozlu tort (foto resept)
İndi əridilmiş qaymaqlı şokoladı tortun üzərinə əlavə edirik.

 Sonra şokoladın üzərinə doğranmış qoz səpirik.

Ya da ki, öz zövqünüzə görə bəzək vurub süfrəyə verə bilərsiz. 

 

Bezeli, biskvitli qozlu tort (foto resept)

 

Buyurun, bezeli, biskvitli qozlu tortumuz hazırdır!
Bezeli, biskvitli qozlu tort (foto resept)
Nuş olsun!

(Tərcümə edilib)

24 sentyabr 2016
GO BACK