Qadin.NET / Qaymaqlı meyvəli tort (foto resept)

Qaymaqlı meyvəli tort (foto resept)

Tərkibi:

Un - 350  q.

Şəkər tozu - 200 q.

Yumurta - 3 ədəd 

Xama - 200 q.

Qabartma tozu - 1 ç. q.

Soda - 1/4 ç. q.

Vanilin - 1 ədəd

Krem üçün: 

Qaymaq - 650 q.  35 %

Şəkər kirşanı - 250 q.

Vanilin - 1 paket

  Üzəri  üçün:

300 q mövsümü meyvələr (Burada şaftalı və kivi - dən hazirlanib)

Hazırlanması: 

Hazırlanması: 

İlk öncə  yumurta ilə şəkər tozunu və vanili mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Xama əlavə edib, yenidən qarişdiririq.
Sonra un, soda və qabartma tozunu da əlavə edirik.

Dairəvi tort qabına yağlı kağız sərib,  xəmiri əlavə edirik.

180 dərəcədə isidilmiş sobada 30 - 40 dəqiqə ərzində bişiririk.

Biskiviti bıçaq  vasitəsi ilə iki hissəyə bölürük.

Bu ərəfədə kremi qarışdırırıq.

Qaymağı mikserlə yaxşıça çalın, üzərinə şəkər kirşanı əlavə edin. 

Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə yuyulmuş, doğranılmış meyvələri düzürük.

Biskvitin ikinci hissəsini meyvə üzərindən qoyuruq.

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

 Kənar hissələrinə isə, mətbəx şprisi ilə kremdən güllər buraxiriq.

Tortun mərkəzinə isə, dilimlənmiş meyvə düzürük.

Qaymaqlı meyvəli tort (foto resept)

Nuş olsun!
  (Tərcümə edilib)
18 avqust 2016
GO BACK