Qadin.NET / Qızılgüllü ad günü tortu (foto resept)

Qızılgüllü ad günü tortu (foto resept)

Tərkibi:
Xəmir üçün:
 Yumurta - 7 ədəd
Şəkər tozu - 250 q.
 "Best Cow" kərə yağı - 200 q.
Un - 400 q.
Qabartma tozu - 10 q.
Qara şokolad - 100 q
Krem üçün:
 Şəkər tozu - 150  q.
Süd - 500 ml.
Limon - 1 ədəd
"Best Cow" kərə yaği - 100 q.
Manna yarması - 3 x. q.
Vanilin 1 paket

Üzərindəki dekor işləri marzipandan hazırlanıb.

 
Hazırlanması: 
İlk olaraq krem hazırlanır:
Süd vam odda qızdırılır, üzərinə manna yarması əlavə edib qarışdırırıq.

Südü durmadan qaşıqla qarışdırmaq lazımdır 15 dəqiqə. 

Sonra altını söndürüb bir az soyumağını gözləyirik. 

İndi limonun qabığını sürtgəcin xırda gözündən keçirmək lazımdır. 

Soyumuş kremin üzərinə rəndələnmiş limon qabığını

və həmin limonun şirəsini sixib kremə əlavə edin. 

Kərə yağını və şəkər tozunu mikserlə yaxşı qarışdırırıq.

İndi soyudulmuş kremi və çalınmış yağı birləşdiririk və mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra 1 saat soyuducuda saxlamaq lazımdır.

İndi xəmiri hazırlayırıq:

Kərə yağı və şəkər tozunu mikserlə yaxşı qarışdırırıq.

 Yumurta mikserdə yaxşı-yaxşı qarışdırılir.

İndi çalınmış yumurta ilə yağı birləşdirib mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Un və qabartma tozunu da əlavə edirik.

Şokoladı su hamamında əridirik.

Bu ərəfədə xəmiri iki qaba bölürük və xəmirin bir hissəsinə əridilmiş şokolad əlavə edirik.

Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, soyumağa qoyuruq.

Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə biskvitin ikinci hissəsini qoyuruq.

Eyni qayda ilə biskvitin 3-cü  və 4 - cü hissələrinə də krem çəkirik. 

Biskivitin üzəri üçün olan krem çəkilir və soyuducuya qoyulur 8 - 10 saat.

Şəkər xəmrinə azca nişasta töküb yayırıq.

Marzipanı əlimizlə yumşaldıb oxlovla yayırıq. Bir az böyük yaymaq lazımdı.

Soyuducudan tortu çıxarıb üzərini marzipanla örtürük.

Yarpaq formalı fiqurla yarpaqlar kəsilir. Üzərinə isə gülləri səliqəli qoyuruq.

Və yarpaqlar şəkildəki kimi yığılır.

Budur, ad günü tortumuz hazırdır!

Nuş olsun!

(Tərcümə edilib)

12 avqust 2016
GO BACK