Tərkibi:
Un - 5 x. q.
Şəkər tozu - 8 x. q.
Yumurta - 7 ədəd
Kakao - 4 x. q.
Krem üçün:
Qaymaq - 500 q. 35 - 40 %
Şəkər kirşanı - 100 q.
Vanilin - 1 paket
Şirə üçün:
Şaftalı şirəsi - 120 ml.
Şəkər tozu - 50 q.
Üzəri üçün:
Şaftalı - 1 ədəd
Hazırlanması:
İlk öncə yumurta ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq, 15 dəqiqə.
Sonra isə un və kakao yavaş-yavaş əlavə edib, qaşıqla qarışdırmaq lazımdır.
Diametri 20 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.
175 dərəcədə isidilmiş sobada 40 -50 dəqiqə bişməyə qoyuruq.
Biskvitimiz hazır olduqdan sonra, 4 - 5 saat soyumağa qoyuruq.
İndı isə keçirik kremin hazırlanmasına:
Qaymağı mikserlə yaxşıca çalıb, üzərinə vanil və şəkər kirşanı əlavə edin.
Sonra biskvitimizi bir az nəmləyirik.
İndi isə nəm biskvitin üzərinə krem çəkirik.
Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini də isladın, və krem çəkin.
Tortun mərkəzinə dilimlənmiş meyvə düzürük.