Tərkibi:
Un - 350 - 400 q.
Şəkər tozu - 200 q.
"Best Cow" kərə yağı - 200 q.
Yumurta - 4 ədəd
Qabartma tozu - 2 ç. q.
Kakao - 6 x. q.
Vanilin - 2 ç. q.
Qarağat - 400 q.
İlk öncə şəkər tozu ilə vanil və yumşaq yağı mikserlə yaxşı qarışdırırıq.
Kakao əlavə edirik.
İndi isə ələnmiş un və qabartma tozu əlavə edib, yavaş-yavaş qarışdırın.
Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.
180 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişməyə qoyuruq.
Biskvitimiz hazır olduqdan sonra, soyumağa qoyuruq.
Soyumuş biskviti 3 - 4 yerə bölün.
Qaymağı mikserlə yaxşıca çalıb, üzərinə şəkər tozu əlavə edin.
İndi soyudulmuş biskivitin birinci qatı kremlənir.
Sonra kremin üzərinə meyvə düzün.
Sonra meyvənin üzərinə yenə krem çəkin.
Eyni qayda ilə biskvitin 2 -ci və 3 -cü hissələrini də kremləyin.
İndi isə biskvitin kənar hissələrini kremləyirik.
Sonda tortun üzərinə meyvə düzürük.
Dadlı tortumuz hazırdır.