Qadin.NET / Qarağatlı - limonlu tort (foto resept)

Qarağatlı - limonlu tort (foto resept)

 

Tərkibi:

Un - 600 - 650 q.

Şəkər tozu - 200 q.

"Best Cow" kərə yağı - 200 q.

Yumurta - 4 ədəd

Xama - 300 q.

Qabartma tozu - 10 q.

İçlik  üçün: 

Limon - 1 ədəd

Şəkər tozu - 200 q.

Qarağat - 400 q.

Krem üçün:
 Şəkər tozu - 250  q.
 Qaymaq - 400 q.  30 - 35 %
Şirə  üçün: 
Şəkər tozu - 100 q.
Su - 75 ml.
Limon - 1 ədəd

Hazırlanması: 

 

İlk öncə limonu bir qaba qoyub üzərinə qaynar su əlavə edin və 30 dəqiqə saxlayın.

Şəkər tozu ilə yumşaq yağı mikserlə yaxşı qarışdırırıq.

Sonra yumurta əlavə edilir və yenə çalınır. 
Xama əlavə edib yenə çalırıq. 

İndi isə ələnmiş un və qabartma tozu əlavə edib, yavaş-yavaş qarışdırın.

Diametri 26 sm, olan soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 15 - 20 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, soyumağa qoyuruq.

Soyumuş biskviti üç yerə bölün. 

Limonu isti sudan çıxarıb dilimləyin, tumlarını təmizləyin.

Doğranmış limonu blenderdə əzirik.

Yuyulmuş qarağatı şəkər tozu ilə qarışdırın. 

Sonra üzərinə çəkilmiş limon əlavə edib qarışdırırıq.

İndı isə biskviti nəmləmək üçün şirə hazırlayırıq:

Soyuq su ilə şəkər tozu vam odda qaynadın.

Qaynara düşəndə üzərinə yarım limonun şirəsini əlavə edin, yaxşı qarışdırın və altinı söndürün.

İndi isə keçirik kremin hazırlanmasına:

Qaymağı mikserlə yaxşıca çalıb üzərinə şəkər tozu əlavə edin. 

Soyudulmuş biskvitə bir qədər şirə çəkib üzərinə limonla qarışmış meyvə çəkirik. Sonra kremi çəkirik.

 

Eyni qayda ilə biskvitin 2 - ci və 3 - cü hissələrini də kremləyin. 

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Sonda tortun üzərinə meyvə və limon dilimləri düzürük.

Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Budur, meyvəli tortumuz hazırdır!
Qarağatlı - limonlu tort (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
27 iyul 2016
GO BACK