Qadin.NET / Albalı tortu(foto resept)

Albalı tortu(foto resept)

Tərkibi:

Yumurta - 3 ədəd

Şəkər tozu - 150 q
Un - 150 q
Albali - 250 q
Albalı şirəsi yarım stəkan
Vanilin 1 paket
Kremi üçün:
 Şəkər kirşanı - 300  q.
 Qaymaq - 500 q  35 - 40 %
Üzəri  üçün:
Südlü  şokolad - 200 q.
  Hazırlanması: 

  

İlk öncə  yumurta ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra isə, un və vanilini yavaş-yavaş əlavə edib, qaşıqla qarışdırmaq lazımdır. 

Diametri 30 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, öz qabında soyumağa qoyuruq.

 Sonra biskvitimizi 5-6 qaşıq albalı kompotu, və ya albalı şirəsi ilə isladın. 

İndi isə, nəm biskvitin üzərinə tumsuz albalıları düzün. 

İndı isə, keçirik kremin hazırlanmasına:

Qaymağı mikserlə yaxşıca çalıb, üzərinə şəkər kirşanı əlavə edin. 

Albalının üzərindən krem çəkin.

İndi isə, şokoladı bıçaq vasitəsi ilə xırda - xırda doğrayın.

Yada ki, sürtgəcdən keçirin, və tortun üzərinə əlavə edin.

Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Albalı tortu(foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
12 iyul 2016
GO BACK