Tərkibi:
Un - 1 stakan
Şəkər tozu - 1 stakan
Yumurta - 5 ədəd
Kremi üçün:
Xama - 100 q. 15 %
Şəkər tozu - 1 stakan
Vanilin - 1 paket
Üzəri üçün:
Şəftali - 4 ədəd
Əvvəlcə yumurtanın ağını sarısından ayırın.
Ayırdığınız ağları mikser qabına tökün.
İndi isə, yumurta ağlarını köpüklənənədək çalırıq.
Bu ərəfədə yumurta sarılarını əlavə edib qaşıqla qarışdırırıq.
İndi isə, ələnmiş unu əlavə edirik.
170 dərəcə isidilmiş sobada 30 - 40 dəqiqə ərzində bişiririk.
Kremi hazırlamaq üçün, qaymaq mikserlə yaxşı-yaxşı çalınır.
Üzərinə şəkər tozu və vanilin əlavə olunur.
Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə yuyulmuş, doğranılmış meyvələri düzürük.
Biskvitin ikinci hissəsini meyvə üzərindən qoyuruq.
İndi isə, biskvitin kənar hissələrini kremləyirik.
Sonda tortun üzərinə meyvə düzürük.