Qadin.NET / Çiyələkli tort(foto resept)

Çiyələkli tort(foto resept)

Tərkibi:

Yumurta - 21 ədəd
Şəkər tozu -  3 stakan
Un - 3 stakan 

Kakao - 50 q

Süd - 100 ml
Vanilin - 1 paket
Çiyələk şirəsi - 100 q
Kremi üçün:
Qaymaq - 1 kq  (35 - 40 %)
 Şəkər kirşani - 3 st.
Qara şokolad - 100 q
Çiyələk - 700 q
Vanilin - 1 paket
Limon duzu - 1 ç. q

Hazırlanması: 

Çiyələkli tort(foto resept)

İlk olaraq onu deyim ki, tortumuz 3 qatlıdır. Və hər bir biskvit ayrı - ayrı çalınacaq.

Əvvəlcə 7 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün.

 Yumurta ağlarını 1 stakan şəkər tozu ilə köpüklənənədək çalırıq. 

Çiyələkli tort(foto resept)

Sonra başqa bir qabda yumurta sarısı, vanilin və 1 stakan şəkər tozu yaxşı çalınır. 

Çiyələkli tort(foto resept)

İndi isə, yumurtanın sarısı ilə ağını birləşdiririk.

Sonra ələnmiş un əlavə edirik.

Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik. 

Unu qaşıqla qarışdırmaq lazımdır.

Soba qabına yağlı kağız sərin və hazır xəmiri qaba tökürük. 

 200 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq.

 

Çiyələkli tort(foto resept)

 

Eyni qayda ilə ikinci biskviti bişirin.

  Amma üçüncü bisvitə kənarda kakao və unu qarışdırıb yumurta qarışımının içinə əlavə edirik. 

Çiyələkli tort(foto resept)

Bu da kakaolu biskvitimiz. 

Biskivitlər bişdikdən sonra soyumasını gözləyirik. 

Sonra biskvitləri çiyələk şirəsi ilə nəmləyirik. 

Çiyələkli tort(foto resept)
İndi isə, keçirik kremin hazırlanmasına: 
 
   Qaymağı mikserlə yaxşıca çalın, üzərinə şəkər kirşanı və limon duzu əlavə edin.  Bu ərəfədə şokoladı su hamamında əridirik, sonra üzərinə süd əlavə edirik. Qarışdırdığımız qaymağı biskvitin üzərinə və yanlarına çəkirik.  Sonra əridilmiş şokoladı tortun üzərinə çəkirik.
Çiyələkli tort(foto resept)

İndi çiyələkləri yuyub quruduruq. Sonra bir neçə hissəyə bölə bilərsiniz. Əgər kiçikdirsə bütöv də istifadə edə bilərsiniz. 

 İndi doğranmış hazır çiyələkləri şokoladın üzərinə düzürük.

Və 2 saat soyuducuya qoyun ki, əriməsin.

Çiyələkli tort(foto resept)
Dadlı çiyələkli tortumuz hazırdır!
Çiyələkli tort(foto resept)
Nuş olsun!
 (Tərcümə edilib)
10 iyul 2016
GO BACK