Əvvəlcə biskviti hazırlayaq.
Yumurta ilə şəkər tozunu miserlə yaxşı-yaxşı qarışdırırıq.
Sonra ələnmiş unu əlavə edirik.Soba qabını yağlayırıq, sonra manna yarması səpin, və hazır xəmiri qaba tökürük.
180 dərəcədə 30 dəqiqə bişirmək lazımdır.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Biskiviti bıçaq vasitəsi iki hissəyə bölürük.
İndı isə keçirik kremin hazırlanmasına.
Soyuq qaymağı mikserlə yaxşıça çalın, sonra şəkər kirşanı əlavə edin.
İndi biskviti albalılı şirəsi ilə isladın.
Sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik.
Eyni qayda ilə biskvitin 2-ci hissəsini də isladın.
Və ikinci hissənin üzərindən krem çəkin, sonra tumsuz albalıları düzün.
Zövqə görə bəzək verə bilərsiz.
İndi isə, şokoladı sürtgəcdən keçirin, sonra tortun üzərinə səpin.
Və soyuducuya goyun ki, əriməsin.