Qadin.NET / Çiyələkli tort (foto resept)

Çiyələkli tort (foto resept)

Tərkibi:

Yumurta - 4 ədəd
Şəkər tozu - 180 q
Un- 150 q
Vanilin 1 paket
Kremi üçün:
Yumurtanin sarısı - 3 ədəd
 Şəkər tozu - 75 q
 Süd - 375 q
Qarğidali nişastasi - 25 q
Şokolad - 100 q
Üzəri  üçün:
Ağ  şokolad - 100 q
 Qaymaq - 50 ml.  35 - 40 %
Çiyələk - 500 q
Hazırlanması: 

İlk öncə  kremi hazirlayaq:

Yumurta sarısı, şəkər tozu və nişasta  yaxşi çalınır.

Sonra ilıq südü yumurtalı qarışığın üzərinə yavaş-yavaş əlavə edərək qarışdırırıq.
Sonra zəif odda qaynayana qədər qarışdırırıq.
Sonra oddan götürüb, bir qaba boşaldin, və üzərinə şokolad əlavə edib yenidən qarışdırmaq lazımdır.
 Üzərinə qida selofani çəkib bağlayıb  soyuduçuya yerləşdirin, tam soyumasını gözləyirik. 

İndi isə biskviti hazirlayaq:

İlk öncə 4 yumurtanin aği  şəkər tozunun yarisi ilə miserlə yaxşı-yaxşı qarışdırırıq.
Indi yumurta sarisini, vanil və şəkər tozunu  möhkəm çalin.
Sonra çalınmış yumurta ağını və sarısını birləşdiririk.  

İndi ələnmiş un əlavə edib qarışdırırıq. 

  Unutmayın, bu ərəfədə biz mikserdən istifadə etməyəcəyik. 

Diametri 21 sm olan formanı yağlayıb unlayın.

180 dərəcədə 35-40 dəqiqə bişiririk.

Hazır biskivit 15 dəqiqə öz bişdiyi qabda soyumalidir.

Soyumuş biskviti iki yerə bölün. 

İndi soyudulmuş biskivitin birinci qatı kremlənir.

Çiyələkləri yuyub quruduruq. Əgər çiyələklər böyükdürsə, onda iki yerə bölə bilərsiniz.

Və hazir çiyələkləri kremin üzərinə düzün. 

Əgər kiçikdirsə bütöv də istifadə edə bilərsiniz. Sonra çiyələyin üzərinə yenə krem çəkin.

Kremin üzərinə ikinçi biskivit qoyulur.
İndi isə biskvitin üzərini və kənar hissələrini kremləyirik.

 Üzəri üçün şokoladı əridib qaymaq əlavə edib qarışdırırıq.

Və tortun üzərinə əlavə edirik. 
Tortun üzərini və qıraqlarını kremləyirik və hər tərəfinə 2 hissəyə bölünmiş çiyələk qoyuruq. 
Dadlı çiyələkli tortumuz hazırdır.
Əgər bu çür kremnən bəyənmədinizsa, onda isə öz zövqünüzə görə qaymaqli kremlə edib bəzəyə bilərsiniz.
Nuş olsun!
 (Tərcümə edilib) 
18 iyun 2016
GO BACK