Hər birimiz şirniyyatları sevirik. Xüsusən də tortları bişirəndə daha çox fantaziyadan yararlanırıq. Ancaq heç də hər kəs Olga Noskovanın hazırladığı bu cür şüşə kimi parlaq tortlardan dadmayıb. Təsəvvür edirsiniz, bütün bunlar əslində tortdurlar. Üzərindən saatlarla işləyən aşbazın istedadı göz önündədir. Bəzən Olga xanımı şirniyyatların Picassosu adlanıdırlar. Bir növ qalaktikanı təsvir etdiyi tort naxışlarını daha çox bəyəndim.
İnanılmaz dərəcədə gözəldir.
Bu tortu kəsməyə qıymaram.
Siz hələ parlaqlığa baxın.
Bir yerində qırış, əzik yoxdur.
Bunu necə bacarıb, təsəvvür belə edə bilmirəm.
Çox bəyəndim.
Xüsusi günlərinizi iki qat xüsusi edər.
Belə torta yox demək olar?
Möhtəşəmdirlər.
Əminəm ki, siz də ən az mənim qədər heyran qalmısınız.
Daha əvvəllər Olga xanımın əl işləri ilə tanış deyildim.
Ancaq bu gündən onun sosial şəbəkədə daimi izləyicisiyəm.