Tərkibi:
Yumurta- 3 ədəd
Şəkər tozu- 200 q
Un- 200 q
Kefir- 100 ml
"Zeytun bağları" zeytun yağı- 3 x.q
Soda- 1 ç.q
Qabartma tozu- 1 paçka
Kakao- 1 x.q
Alma- 3-4
İçlik:
Kəsmik- 200 q
Xama- 100 ml
Yumurta- 1 ədəd
Şəkər tozu- 3 x.q
Hazırlanması:
Kefirin üzərinə soda əlavə edib qarışdırırıq. 10 dəqiqə gözləyirik.
Yumurtanı şəkər tozu ilə ağarana qədər qarışdırırıq. Üzərinə kefir, zeytun yağı əlavə edib yenidən qarışdırırıq.
Unun üzərinə qabartma tozu, kakao əlavə edib qarışdırırıq.
Sonra yumurtanın üzərinə əlavə edirik. Qarışdırırıq.
Almaları yuyub xırda xırda doğrayırıq.
Xəmirin üzərinə əlavə edib qarışdırıq. Piroqu bişirəcəyimiz qabı azca yağlayıb xəmirimizi əlavə edirik. İçliyi hazırlayırıq.
Kəsmiyin üzərinə yumurta, xama və şəkər tozunu əlavə edib yaxşı-yaxşı qarışdırıq.
Sonra piroqun üzərinə əlavə edirik.
Və qaşıqla bir iki yerdən qarışdırıq ki bir az qarışsın. 180 dərəcədə 40-50 dərəcədə bişiririk.
Bişdikdən sonra üzərinə şəkər pudrası səpirik.
Nuş olsun!