Qadin.NET / Şokoladlı maffinlər(foto resept)

Şokoladlı maffinlər(foto resept)

 

Şokoladlı maffinlər(foto resept)

Tərkibi:

Un-200 q

Yumurta- 1 ədəd

Şəkər tozu- 180 q

Yoqurt-300 ml

Kakao- 3 x.q

Qabartma tozu- 2 paçka

"Zeytun bağları" zeytun yağı-100 ml

İçlik:

Kəsmik- 200 q

Şəkər tozu-4 x.q

Vanil-1 paket

Kakos dənəcikləri

Üzəri üçün:

Şokolad-100 q

Qoz- 100 q

Hazırlanması:

Şokoladlı maffinlər(foto resept)

İlk öncə içliyi hazırlaırıq. Kəsmiyin üzərinə şəkər tozu və vanil əlavə edirib qarışdırırıq.

Şokoladlı maffinlər(foto resept)

Əgər xoşlayırsınızsa kakos dənəciklərini də əlavə edib qarışdırın. 

Şokoladlı maffinlər(foto resept)

Unu ələdikdən sonra üzərinə kakao və qabartma tozunu əlavə edib qarışdırırıq.

Şokoladlı maffinlər(foto resept)

Yumurtanı şəkər tozu ilə mikserlə çalırıq. Üzərinə yoqurt və zeytun yağı əlavə edib yenidən qarışdırırıq.

Şokoladlı maffinlər(foto resept)
Şokoladlı maffinlər(foto resept)

Kakaolu unu əlavə edib yenidən qarışdırmaq lazımdır. Maffinlərimizi bişirəcəyimiz qablara kağızdan olan xüsusi qabları yerləşdiririk. Xəmirimizdən 1 x.q əlavə edirik hər qaba.

Şokoladlı maffinlər(foto resept)

Sonra içlik əlavə edirik hər birinin üzərinə.

Şokoladlı maffinlər(foto resept)

Və yenə də 1 qaşıq xəmir əlavə edirik. 180 dərəcədə 25-30 dəqiqə bişiririk.

Şokoladlı maffinlər(foto resept)

Soyumasını gözləyiririk. Soyuduqdan sonra bəzəyə bilərik.

Şokoladlı maffinlər(foto resept)

Bunun üçün şokoladı əridirik.

Şokoladlı maffinlər(foto resept)

Ərimiş şokoladı maffinlərin üzərinə az-az əlavə edib əvvəcədən xırda-xırda doğranmış qoz səpirik.

Şokoladlı maffinlər(foto resept)

Dadlı, ətirli maffinlər hazırdır.

Şokoladlı maffinlər(foto resept)
Şokoladlı maffinlər(foto resept)

Nuş olsun!

3 iyun 2016
GO BACK