Tərkibi:
"Best cow" kərə yağı-200 q
Qaynadılmış qatılaşdırılmış süd- 1 banka
Qoz- 100 q
Hazırlanması:
İlk öncə kərə yağını 3-4 dəqiqə mikserlə çalırıq.
Sonra qaynadılmış qatılaşdırılmış südü yavaş-yavaş əlavə edərək qarışdırırıq.
Əvvəlcədən qovurub, blenderdən keçirdiyimiz qozu əlavə edib yenə qarşdırırıq.
Və budur dadlı kremimiz hazırdır.
Bu kremi bişirdiyiniz bütün tortlarda istifadə edə bilərsiniz.
Nuş olsun!