Tərkibi:
Yumurta- 4 ədəd
Un-3-4 stəkan
Şəkər tozu- 1,5 stəkan
Qabartma tozu - 2 paçka
Vanilin
"Best Cow" kərə yağı-200 q
Tort üçün rəng-zövqə görə
Krem üçün:
Yumurta ağı- 5 ədəd
Şəkər tozu- 1 stəkan
"Best Cow" kərə yağı-400 q
Vanilin
Hazırlanması:
Yağı əridib üzərinə şəkər tozu əlavə edirik. Şəkər tozu əriyənə qədər qarışdırmaq lazımdır. Sonra kənara çəkib soyumasını gözləyirik. İlıq halda olarkən yumurtanı əlavə edib qarışdırırıq. Alınan məhlulu iki hissəyə ayırırıq. Sonra tort üçün seçdiyimiz rəngləri əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırırıq. Qabartma tozunu una əlavə edib qarışdırdıqdan sonra iki hissəyə ayırırıq. Və iki ayrı xəmir yoğururuq. Alınan xəmir 30 dəqiqə soyuducuda saxlanılmalıdır.
Sonra eyni sayda kündələr edib, yayırıq və 170 dərəcədə bişiririk.
İndi isə kremi hazırlayaq.
Su hamamında yumurtanın ağı ilə şəkər tozunu, vanili yaxşı-yaxşı qarışdırırıq.
Şəkər tozu tam əridikdən sonra alınan məhlulu mikserlə 8-10 dəqiqə qarışdırırıq.
Sonra kərə yağını əlavə edib qarışdırmaq lazımdır.
Sonra bütün layların arasına krem çəkirik.
Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.
Belə gözəl güllər hazırlayıb bəzəyə bilərsiniz.
Rəngarəng tortumuz hazırdır.
Nuş olsun!
Tərcümə olunub