Tərkibi:
Yumurta- 4 ədəd
Şəkər tozu- 1 stəkan
Un- 1 stəkan
Qabartma tozu- 1 paket
Kremi üçün:
Qaynanmış qatılaşdırılmış süd- 500 q
"Best Cow" kərə yağı-200 q
Yağlı, şirin peçenye- 200 q
Yerfındığı-300 q
Hazırlanması:
Bildiyimiz adi biskivit bişiririk. Soyumasını gözləyirik.
Bu arada yerfındığını qovurub qabığını təmizləyirik. Qaynanmış qatılaşdırılmış süd ilə kərə yağını mikserlə yaxşı-yaxşı çalırıq. Sonra üzərinə yerfındığı və bir neçə yerə bölünmüş peçenye əlavə edib yenə də qarışdırırıq.
Biskivit soyuduqdan sonra 2 hissəyə bölürük.
Layların arasına hazırladığımız kremi çəkib soyuducuya qoyuruq ki, biskivitlə krem bir az uyğunlaşsın.
Sonra çıxarıb zövqünüzə görə bəzəyə bilərsiniz.
Nuş olsun!