Qadin.NET / Ev formasında tortu necə hazırlayaq?(foto resept)

Ev formasında tortu necə hazırlayaq?(foto resept)

 Ev formasında tortu necə hazırlayaq?(foto resept)

Hər zaman düşünür ki, görəsən bu ev formasında hazırlanan tortları necə hazırlayırlar?

Ev formasında tortu necə hazırlayaq?(foto resept)

Çox gözəl və maraqlı görünən bu tortun hazırlanma qaydası çox asan və sadədir.

Bu gün sizlərə ev formasında olan tortun hazırlanma qaydasını təqdim edəcəyəm.

Ev formasında tortu necə hazırlayaq?(foto resept)

Tərkibi:

Şəkər tozu-150 q

Bal-100 q

"Best cow" kərə yağı-100 q

Limon- 1 ədəd

Yumurta- 3 ədəd

Zəncəfil- 1 ç.q

Un- 450 q

Qabartma tozu- 1 ç.q

Kakao- 1 x.q

Şəkər pudrası-350 q

Krem şanti

Hazırlanması:

Qazana kərə yağı, bal, şəkər tozu  əlavə edib az odda yavaş-yavaş qızdırın. Tez-tez qarışdırın ki, yaxşı həll olsun. Çalışın hazırladığınız məhlul qaynamasın. Ancaq qaynayana qədər isidildir. Qazanı oddan götürüb üzərinə sürtgəcdən keçirilmiş yarım limon və təzə zəncəfil əlavə edin. Unun üzərinə kakao və qabartma tozu əlavə edib qarışdırın. Bu arada məhlu bir az soyuyacaq. 2 yumurta əlavə edib mikserlə çalın. Sonra üzərinə unu əlavə edib xəmir yoğurun. Əlimizə yapışmayan, yumşaq bir xəmir alınacaq. Xəmiri bərk yoğurmağı məsləhət etmirəm. Xəmiri yoğurduqdan sonra bağlı bir qaba qoyub soyuducuda 10-12 saat saxlamaq lazımdır. Tortu bişirməyə başlarkən 1-2 saat əvvəl xəmiri soyuducudan çıxarmaq lazmıdır ki, açmaq asan olsun.


Xəmirin qalınlığını zövqə görə edə bilərsiniz.


Mən 5 mm etdim.


Xəmiri şəkildə gördüyünüz kimi açdıqdan sonra əvvəlcədən kağızdan kəsdiyimiz ev fiqurlarını üzərinə qoyub kəsirik.

 


180 dərəcədə 10-12 dəqiqə ərzində bişir. Qalan xəmirləri də evin içini doldurmaq üçün bişirəbilərsiniz.


1yumurtanın ağını mikserlə çalırıq. Sonra üzərinə yarım limon suyu və şəkər pudrası əlavə edib yenidən çalırıq.



Qatı məhlul alınacaq. bununla evimizi bir-birinə birləşdirəcəyik.


Qalan xəmirdən hazırladığımız biskivitləri evin içinə arasına krem şanti çəkərək yerləşdirə bilərsinizvə ya evin ətrafına müxtəlif dekorlar edə bilərsiniz. Ev formalı tortumuz hazırdır.

Ev formasında tortu necə hazırlayaq?(foto resept)

Nuş olsun!

 

Tərcümə olunub

24 dekabr 2015
GO BACK