Tərkibi:
Biskivit üçün:
“Best Cow” kərə yağı-125 q
Un-350 q
Qabartma tozu- 1 paket
Yumurta-1 ədəd
Şəkər tozu-4 x.q
Kakao-2 x.q
Kəsmikli hissə üçün:
Kəsmik-500-600 q
Yumurta- 3 ədəd
Şəkər tozu-3,5 stəkan
Pudinq-1 paket
Xama-1,5 stəkan
Üzərinə:
Qaynadılmış qatılaşdırılmış süd- 1 ədəd
Qoz və ya fındıq-50-100 q
Bal-2-3 x.q
Hazırlanması:
İlk öncə unun üzərinə qabartma tozu, kakao, şəkər tozu əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Sonra yumurta və yağ əlavə edib çəngəllə yumşaq xəmir hazırlayırıq.
Alınan xəmiri bişirəcəyimiz qaba şəkildə gördüyünüz kimi yerləşdiririk. Kəsmikli qarışımı hazırlamaq üçün kəsmiyi blenderdə qarışdırırıq. Üzərinə pudinq əlavə edib yenidən qarşdırırıq. Yumurtanın üzərinə şəkər tozu əlavə edib mikserlə 5-7 dəqiqə çalırıq. Sonra üzərinə xama əlavə edib yenidən qarışdırırıq.
Sonra kəsmiyin üzərinə əlavə edib blenderdə qarışdırmaq lazımdır.
Sonra alınan məhlulu xəmirin üzərinə əlavə edirik.
180 dərəcədə 50-55 dəqiqə bişiririk. Balı su hamamında isidib üzərinə qovrulmuş fındıq əlavə edib tez-tez qarışdırırıq. Sonda üzərinə qaynadılmış qatılaşdırılmış süd çəkib ballı fındıqla bəzəyirik.
Dadlı, kəsmikli çizkeykimiz hazırdır.
Nuş olsun!