Tərkibi:
Un- 500 q
Yumurta- 1 ədəd
Maya- 1 x.q
Qatıq- 250 q
Şəkər tozu- 1 stəkan
"Best cow" kərə yağı- 1 x.q
"Zeytun bağları" zeytun yağı- 5 x.q
Duz
Xaş-xaş- 1 stəkan
Hazırlanması:
İlk öncə xəmirimizi hazırlayırıq. Unu ələyib üzərinə maya, duz və 5 x.q şəkər tozu əlavə edib qarışdırırıq. Sonra üzərinə yumurta, qatıq, kərə yağı, zeytun yağı əlavə edib elastik bir xəmir yoğururuq. Üzərinə çay dəsmalı sərib 30 dəqiqə dinləndiririk. Sonra bir də xəmiri yoğurub yenidən 30 dəqiqə dinləndiririk. Bu arada içliyi hazırlayırıq. Xaş-xaşın üzərinə bir az su əlavə edib qaynadırıq. Su quruduqdan sonra oddan götürürük. Üzərinə şəkər tozu əlavə edib qarışdırırıq.
Xəmiri 2 hissəyə bölürük. (iki rulet alınacaq)
Ayırdığımız kündələri yayıb üzərinə içlik əlavə edirik. İçliyi xəmirin hər tərəfinə yayamaq lazımdır.
Sonra rulet kimi bükürük.
Sonra şəkildə gördüyünüz kimi hər iki ucunu birləşdirmək lazımdır.
Və eni 1 sm olmaq şərti ilə günəş kimi kəsirik.
Kəsdiyimiz hissələri şəkildə gördüyünüz kimi yerləşdirirk.
15-20 dəqiqə gözlədikdən sonra üzərinə yumurta sarısı çəkib 200 dərəcədə 20-25 dəqiqə bişiririk. Piroq bişdikdən sonra üzərinə çay dəsmalı sərib soyumasını gözləyirik.
Nuş olsun!