Tərkibi:
Qatılaşdırılmış süd- 1 banka
Yumurta- 2 ədəd
Un- 160 q
Yağlı kəsmik- 500 q
Qaymaq- 360 q
Şəkər pudrası- 16-170 q
Kakos dənəcikləri-4-5 stəkan
Vanilin
Hazırlanması:
İlk olaraq yumurtanın üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırırıq.
Sonra üzərinə qabartma tozu qatılmış un əlavə edib yenidən qarışdırırıq.
Xəmir olladi xəmirinə bənzəyəcək. Sonra Perqament kağızının üzərinə lazımı ölçüdə dairə şəkli çəkirik.
Sonra həmin dərininin üzərnə 3-4 x. qaşıq xəmirimizdən üst-üstə əlavə edirik.
Xəmiri dairənin içində yayırıq. 180 dərəcədə 5 dəqiqə bişiririk.
Sonra istəsəniz qıraqlarını kəsə bilərsiniz.
Kremi hazırlayırıq.
İlk olaraq yağlı kəsmiyi şəkər pudrası ilə yaxşı-yaxşı qarışdırırıq.
Sonra üzərinə qaymaq əlavə edib yenidən qarışdırırıq.
(Qaymaq soyuq halda olarsa, daha yaxşı olar)
Kakos da əlavə edib yaxşıca qarışdırmaq lazımdır.
Hazırladığımız kremi hər bir layın üzərinə çəkirik. Üzərinə də kakos səpirik. Zövqə görə bəzəyə bilərsiniz.