Qadin.NET / "Baunti" tortu (foto resept)

"Baunti" tortu (foto resept)

Tərkibi:

"Best Cow" kərə yağı- 250 q

Şəkər tozu- 200 q

Un- 200 q

Qabartma tozu- 2 ədəd

Süd- 4 x.q

Kakao- 3 x.q

Yumurta- 4 ədəd

İçlik:

Kakos- 200 q

Manna- 6 x.q

Süd- 0,5 stəkan

"Best Cow" kərə yağı- 200 q

Şəkər tozu- 200 q

Qlazur:

Südlü şokolad- 200 q

"Best Cow" kərə yağı- 20-30 q

Hazırlanması:

"Baunti" tortu (foto resept)

Yumurtanı şəkər tozu ilə çalırıq. Unu və qabartma tozunu əlavə edib yenə çalırıq. Kərə yağını yumşaldıb üzərinə əlavə edirik.

"Baunti" tortu (foto resept)

Kakaonu da əlavə edib qarışdırırıq. Südü əlavə edirik.

"Baunti" tortu (foto resept)

160-180 dərəcədə 40 dəqiqə bişiririk. Biskivitimiz bişənə qədər içliyimizi hazırlayırıq. Südü isidirik. Mannanı yavaş-yavaş əlavə edirik. Bu zaman dayanmadan qarışdırmaq lazımdır.

"Baunti" tortu (foto resept)

10 dəqiə bişdikdən sonra oddan götürürük. Bir az soyuduqdan sonra iki yerə bölüb bir hissəsinin üzərinə kakos əlavə edib yaxşı-yaxşı qarışdırırıq.

"Baunti" tortu (foto resept)

Yumşaldılmış kərə yağını şəkər tozu ilə qarışdırıb ikinci hissəyə əlavə edirik. İkinci hissəni(kərə yağı ilə hazırladığımızı) soyuducuya qoyuruq.

"Baunti" tortu (foto resept)

Biskivitimiz soyuduqdan sonra iki hissəyə ayırırıq.

"Baunti" tortu (foto resept)

Kakosla hazıradığımız içliyi çəkirik biskivitin üzərinə. Sonra 2-ci biskiviti onun üzərinə yerləşdirib o biri içliyi də üzərinə çəkirik. Üzərinə isə südlü şokoladı su hamamaında əridib kərə yağı əlavə edirik. Bir az soyuduqdan sonra üzərinə əlavə edib hər tərəfinə yayırıq. Üzərini kakosla bəzəyirik. Sonra soyuducuda ən az bir gecə saxlamaq lazımdır.

"Baunti" tortu (foto resept)

Baunti tortumuz hazırdır.

"Baunti" tortu (foto resept)

Nuş olsun!

9 noyabr 2015
GO BACK