Qadin.NET / Yerfındıqlı şərbət (foto resept)

Yerfındıqlı şərbət (foto resept)

Tərkibi:

Yerfındığı- 1 stəkan

Süd- 1 stəkan

Şəkər tozu- 3,5 stəkan

"Best cow" kərə yağı- 80 q

Hazrlanması:

Bunun üçün bizə yağlı süd lazımdır.

Yerfındıqlı şərbət (foto resept)

Südün üzərinə 3 stəkan şəkər tozu əlavə edib zəif odda 30 dəqiqə dəyanmadan qarışdırırıq.

Yerfındıqlı şərbət (foto resept)

Yerfındığını da ilk öncə qızarana kimi qovurmaq lazımdır. Qalan 0,5 stəkan şəkər tozunu da başqa tavada bir az qovurmaq lazımdır. Bu konfetimizə qəhvəyi rəng vermək üçündür. Sonra qovurduğumuz şəkər tozunu südün üzərinə əlavə edirik. Zəif odda qatılaşana kimi bişiririk.

Yerfındıqlı şərbət (foto resept)

Sonra üzərinə kərə yağı əlavə edirik. Bir qədər də bişdikdən sonra hər hansı bir şüşə qab götürüb içinə yerfındığı əlavə edirik.

Yerfındıqlı şərbət (foto resept)

Sonra şərbəti əlavə edib yenə üzərinə fıstıq əlavə edirik. Sərin yerdə soyumasını gözləyirik. Yerfındılı şərbətimiz hazırdır.

Yerfındıqlı şərbət (foto resept)

Nuş olsun!

7 noyabr 2015
GO BACK