Qadin.NET / Praqa tortu (foto resept)

Praqa tortu (foto resept)

Praqa tortu (foto resept)

Tərkibi:

6  ədəd yumurta

150 qr.  şəkər tozu

400 qr. xama

125  qr. un

40  qr.  kakao

20 qr. “Best Cow" kərə yağı

30 - 40 qr. ərik cemi

1 ədəd Vanilin 

Krem ücün:

1 yumurtanın sarısı

 120 qr.  qatılaşdırılmış süd

20 qr. su (otaq temperaturda)

200 qr. “Best Cow" kərə yağı

25 qr. kakao

 1 ədəd Vanilin

Qlazur ücün:

150 qr.  qara şokolad

120  ml.  qaymaq  (30 - 35%-li)

1 ədəd Vanilin

Hazırlanması: 

Praqa tortu (foto resept)

Əvvəlcə 6 ədəd yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız yumurta sarılarını mikser qabına tökün və şəkər tozunun yarısını əlavə edib yaxşıca çalın.

  Praqa tortu (foto resept)

İndi isə, yumurtanın ağlarını tamamilə kənar bir qabda qalan şəkər tozu ilə möhkəm çalın.  

Sonra çalınmış yumurta ağını və sarısını birləşdiririk.  

  Praqa tortu (foto resept)

Bu ərəfədə ələnmiş un və kakao əlavə edib qarışdırırıq. 

  Unutmayın, bu ərəfədə biz mikserdən istifadə etməyəcəyik. 

  Praqa tortu (foto resept)

Sonra üzərinə ərinmiş kərə yağı əlavə edin.

Dairəvi tort qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük.

 Diametri 21 sm olan qabda 30 dəqiqə 180o bişirin. Hazır olan biskiviti ehtiyatla qabdan çıxarıb soyumağa qoyuruq.

Biskiviti bıçaq vasitəsi ilə üç hissəyə bölürük. 

 Praqa tortu (foto resept)

 Bu ərəfədə krem hazırlayaq:

Kremi hazırlamaq ücün yumurta sarısını çəngəllə yaxşı çalın.

Sonra su əlavə edin və yenə yaxşı qarışdırın. İndi qatlaşdırılmış süd və vanil əlavə edib yenə qarışdırın.

 Sonra bu qarışımı vam odda qarışdıra - qarışdıra  qatlaşana qədər bişirin, amma elə edin ki, krem qaynamasın.

Krem hazır olduqda odun üzərindən götürülüb soyudulur.

  Praqa tortu (foto resept)

Yumuşaldılmış yağ, kakao və vanil mikserlə möhkəm çalınir.
Sonra çalınmış yağın üzərinə bişirdiyimiz soyumuş kremi əlavə edin və möhkəm qarışdırın.

Praqa tortu (foto resept)

İndi soyudulmuş biskivitin birinci qatı kremlənir. Sonra ikinci qat kremlənir və ücüncü qoyulur.

Amma  tortun ücüncü korjunu  və kənarını kremləmirik.

 Kremin yerinə ərik çemi çəkirikn və bu çəkilmiş cem 30 dəqiqə biskvitin üzərində durmalıdır.

  Praqa tortu (foto resept)

İndi isə qlazuru hazırlayın:

Qaymağı şokoladla birlikdə əridin od üzərində və qlazuru tortun üzərinə və kənarlarına töküb çəkin.

Tortun üzərindəki qlazurdan bir azca 2 - 3 x. q. saxlayın ki, onunla da tortun üzərini bəzəyəsiniz.

Yaxşı olar ki, tort bir gün sonra dilimlənib süfrəyə verilsin. Çünki tort bir gecə soyuducuda durmalıdır.

  Praqa tortu (foto resept)

Budur, tortumuz hazırdır!

  Praqa tortu (foto resept)

Nuş olsun!

 (Tərcümə edilib)

6 noyabr 2015
GO BACK