Tərkibi:
5 ədəd yumurta
1 st şəkər tozu
1 st ələnmiş un
1 paket qabartma tozu
1 paçka vanilin
1/4 st. duru yağ
Krem üçün:
Qaymaq 33% li - 500 q.
1 st. şəkər tozu
1 paçka vanilin
Üzəri üçün:
500 - 600 q mövsümü meyvələr
1 paket jele
200 q peçenye
100 q doğranmış badam
Hazırlanması:
İlk olaraq biskivit hazırlanır. Bunun üçün yumurta şəkər tozu ilə çalınır.
Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır.
Duru yağı əlavə edib yenidən qarışdırılır.
Bu ərəfədə kremi hazırlayırıq.
Kremi hazırlamaq üçün, qaymaq mikserlə yaxşı-yaxşı çalınır.
Üzərinə şəkər tozu və vanilin əlavə olunur.
Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini edin.
İndi isə biskvitin kənar hissələrini kremləyirik.
Və kremlənmiş hissəni kokosla və ya doğranmış badamla bəzəyirik.
Yada ki, peçenyeləri blenderdə yaxşı-yaxşı əzirik, və pecenye ovuntusunu səpirik.
Sonra 1 paket jeleni götürüb üzərindəki təlimata görə hazırlayırıq. Lakin 100 q suyu azaltmaq şərti ilə.
Jelemiz soyuduqdan sonra, soyuducudan tortumuzu çıxarıb, üzərinə jeleni əlavə edib 4-5 saat ərzində yenə soyuducuda saxlayırıq.
Və meyvəli tortumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)