Mən sevdiklərimi sevindirməyi çox sevirəm. Ona görə boş vaxtlarımda müxtəlif saytlardan şirniyyat və yemək reseptlərinin axtarışına çıxıram. Növbəti tapıntılarımdan biri olan “Baunti” tortu hazırlanmasının sadəliyi və dadının nəfisliyi ilə fərqlənir.
Lazım olan vəsaitlər:
2 yumurta
1st. şəkər tozu
2 x.q. kako tozu
1st.süd
2 x.q. duru yağ
1 st. un
1 st. qaynar su
1 paket vanilin
1 paket qabartma tozu və ya 1ç.q. soda
Krem üçün:
1st.süd
1 yumurta
1 st.şəkər tozu
200 q "Best Cow" kərə yağı
Kokos qırıntıları
Hazırlanması:
Şəkər tozu yumurta ilə tam əriyənədək çalınır.
Çalınmış qarışığa süd, kakao və qabartma tozu əlavə olunur. Bir daha çalınır.
Duru yağ əlavə olunur və bir qədər də çalınır.
Un əlavə edilib qarışdırlır və bircinsi kütlə halına gəldikdə 1st. qaynar su aramla xəmirin üstünə tökülərək, xəmir tez-tez qarışdırılır.
Xəmir yağlanmış formaya tökülür.
200 dərəcə temperaturda 30-40 dəqiqə bişirilir.
Kremi hazırlamaq üçün ilıq südə çalınmış yumurta və un tökülüb qarışdırlır.
Şəkər tozu da əlavə olunub, vam odda arası kəsilmədən qarışdırılaraq bişirilir.
Soyuduqdan sonra yumşaldılmış paket yağı ilə çalınır.
Bişmiş korj 2 hissəyə ayrılır. 1-ci hissəyə krem sürtülür.
Kremin üstündən kokos qırıntıları səpilir və 2-ci hissə üstünə qoyulur.
Yenə krem çəkilib kokos qırıntıları səpilir.
Tortumuz hazırdır. 4-5 saatdan sonra...
Nuş olsun!