Tərkibi:
Xəmir üçün:
7 ədəd yumurta
1 st. yarım şəkər tozu
2 st. ələnmiş un
2 ç/q qabartma tozu
1/4 st. "Möcüzə" duru yağı
Krem üçün:
250 qr. "Möcüzə" paket yağı
1 banka qatılaşdırılmış süd
1 paçka vanilin
Üzəri üçün:
1 paket krem şanti
1 st. süd
Vanilin-1 ədəd
Üzərindəki dekor işləri marzipandan hazırlanıb.
Hazırlanması:
İlk olaraq biskivit hazırlanır. Bunun üçün yumurta şəkər tozu ilə çalınır.
Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır.
Ürək formalı qaba əlavə edirik və 180 dərəcədə bişirilir.
Bu ərəfədə krem şanti və südü qarışdırırıq.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Biskiviti bıçaq vasitəsi ilə üç hissəyə bölürük.
Biskviti əvvəlcə şirə ilə isladın. (1/1)
Sonra krem üçün paket yağını, qatılaşdırılmış südü və vanili qarışdırıb mikserlə möhkəm çalırıq.
Soyudulmuş, nəmlənmiş biskivitin aralarına krem çəkirik.
İndi isə, biskvitin üzərini və kənar hissələrini kremləyirik.
Krem çəkilir və bir az soyuducuya qoyulur.
Marzipanı əlimizlə yumşaldıb oxlovla yayırıq. Bir az böyük yaymaq lazımdır.
Soyuducudan tortu çıxarıb üzərini marzipanla örtürük
Sonra marzipanı düzəldin ki, tortun üzərində düz dursun.
Zövqümüzə görə də bəzəyə bilərsiz.
Üzərini və kanarını bəzəmək üçün şprisə şantidən doldurub, bəzəyirik.
Rəngli ulduzları da səpməyi unutmayın.
Budur, ad günü tortumuz hazırdır!
Belə də edə bilərsiz.
Nuş olsun!