Qadin.NET / Ballı-qozlu tort (foto resept)

Ballı-qozlu tort (foto resept)

 

Tərkibi:

  3 ədəd yumurta

150 q. şəkər tozu

50 q "Möcüzə" paket yağı

 5 x. q. bal (yəni 125 q. bal edir)

400 q. ələnmiş un

2/3 ç. q. qabartma tozu

1/4 ç. q. soda

Krem üçün:

 200 q. "Möcüzə" paket yağı

 350 q. qaymaq (25 - 30% - lik)

 400 q. qaynadılmış qatılaşdırılmış süd

3 x. q. şəkər kirşani

150 q. qoz ləpəsi

2 paçka vanil

    Hazırlanması:

İlk olaraq xəmiri hazirlayiriq.

Yumurta şəkər tozu ilə bir yerdə mikserlə köpüklənənədək çalırıq.  

Bu ərəfədə bır başqa qabda bal ilə yağı vam odda qarışdıra-qarışdıra  əridin.

O qədər ki, yağ bir az yumşalsin. (Qaynatmaq olmaz).

Indi hazır kütləni soyumağa qoyuruq.

   

Sonra kənarda qabartma tozunu, unu və sodani qarışdırırıq, və hamısınnı calinmiş yumurtaya əlavə edirik.

Bu ərəfədə yağla balı  əlavə edib xəmir hazırlayırıq.

Xəmiri kündələrə ayırırıq, 3 kündə hazırlayırıq.

Diametri 21-23 sm olan formani, əvvəl yağlayırıq, sonra bir az un səpirik ki,

xəmir yapışmasın. Xəmiri listdə əlimizlə yayırıq.

 Və 180 dərəcədə 12-15 dəqiqə bişiririk.

Bütün layları bu cür bişirib soyuduruq. Sonra kənarlarını kəsərək formaya salırıq.

    

İndı isə keçirik kremin hazırlanmasına. 

Qatlaşdırılmış südü və yağı yaxşı qarışdırırıq.

 

Sonra qaymağı, vanili və şəkər kirşanı əlavə edib yenə qarışdırırıq.

 

Qatlara nəmləməüçün şirin su çəkirik .  O da belədir  1:1.

Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə biskvitin ikinci hissəsini qoyuruq.

 Yenə bir qədər krem çəkib üzərinə ücüncü hissəsini qoyuruq.

 İndi isə biskviti kremləyirik və kremlənmiş hissəyə xirda doğranmış qoz səpirik.  

 Və sonda tortun bütün üzərinə biskvit ovuntusu səpirik.  

   Sonra ən azi 2 saat soyuducuda saxlamaq lazımdır. Lakin bir gecə saxlasanız, daha yaxşı olar. 

  Ballı-qozlu tort (foto resept)

Budur, dadlı, balli qozlu tortumuz hazırdır! 

  Ballı-qozlu tort (foto resept)

Nuş olsun!  nyam
 (Tərcümə edilib)

30 iyul 2015
GO BACK