Tərkibi:
400 q un
200 q xama
200 q "Best Cow" kərə yağı
Bir çimdik duz
Krem:
350 q pendir maskarpone
350 q 33% qaymaq
250 q qatılaşdırılmiş süd
Vanilin
200 q moruq
50 q şəkər tozu
Hazırlanması:
Una yağ, xama, duz əlavə edilib, xəmir hazırlayıb, 1 saat soyuducuda saxlanılır.
8 hissəyə ayırıb, yayılıb, 180 dərəcədə hazır olana qədər bişirilir.
Moruğun üzərinə şəkər tozu əlavə edib qazın üzərinə zəif odda qoyulur suyu çəkilənə qədər.
Maskarpane pendiri çalınıb, üzərinə qatılaşdırılımış süd əlavə edilib, çalınır.
Qaymaq ayrı qabda çalınaraq əlavə edilib, bir yerdə hazır olana qədər çalınır.
Hazır laylara əvvəlcə moruq çəkilib, üzərinə krem yayıb üst-üstə yığılaraq zövqə uyğun bəzədilir.
Moruqlu tortumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)