Qadin.NET / Künbəz tort (foto-resept)

Künbəz tort (foto-resept)

Tərkibi:

Yumurta - 5 ədəd

Şəkər tozu - 120 q

Un - 100 q 

"Möcüzə" paket yağı - 50 q

Şokoladlı sous üçün:

Tünd  şokolad - 100 q

Qaymaq - 200 q

Fındıqlı sous üçün:

Fındıq - 50 q 

Şəkər tozu - 3 x.q

Qaymaq - 150 q 

Jelatin - 5 q

Şəkər pudra - 3 x.q

Hazırlanması:

Yumurta sarısı şəkər tozu ilə bir yerdə çalınır. Ağını da ayrıca bərkiyənə kimi çalırıq.

Əridilmiş yağ yumurta sarısına əlavə edilərək çalınır, üzərinə unu əlavə edərək qarışdırırıq.

Yumurta ağını da az-az elavə edib qarışdırdıqdan sonra alınan kütləni 2 yerə bölüb ayrı -ayrı bişiririk.

Künbəz tort (foto-resept)
Künbəz tort (foto-resept)

Birinci biskvit 8 yerə bölünür.

Künbəz tort (foto-resept)

Sonra içi dərin qaba sallofan yerləşdiririk.

Bölünmüş biskvitləri biri düz, biri tərs qoyuruq.

Künbəz tort (foto-resept)

Fındıqlı sousun hazırlanması:

Qaymaq bərkiyənə qədər çalınır.

Üzərinə şəkər pudrası, fındıq əlavə edib yenidən çalınır.

20-30 ml suda jelatin qaynatmadan əridirilir və kremə əlavə edilərək çalınır.

Sonra kremi şəkildəki kimi biskivitin üzərinə tökürük.

Künbəz tort (foto-resept)

Şokoladlı sousun hazırlanması:

Doğranmış şokolad buğda əridilir.Ayrıca çalınmış qaymağa əlavə edib qarışdırılır.

Künbəz tort (foto-resept)
Künbəz tort (foto-resept)
Bu sousu kremin üzərindən tökürük.
Künbəz tort (foto-resept)

İkinci biskvit ilə üzərini örtürük.

Künbəz tort (foto-resept)

Sonra üzərini də sallofanla örtdükdən sonra 8 saat soyuducuda saxlayırıq.

Künbəz tort (foto-resept)

Saxladıqdan sonra çevirərək üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.

Künbəz tort (foto-resept)

Sadə formada da qala bilər

Künbəz tort (foto-resept)
Künbəz tort (foto-resept)

Nuş olsun!

13 may 2015
GO BACK