Tərkibi:
Süd -120 q
Yumurta -3 ədəd
"Best Cow" kərə yağı -60 q
Un -165 q
Şəkər tozu -165 q
Qabartma tozu
Vanil
Hazırlanması:
Südü qızdırırıq. Kərə yağını əlavə edirik. Kərə yağı südün içində əriməlidir.
Yumurtanın üzərinə şəkər tozunu yavaş-yavaş əlavə edərək 10 dəqiqə mikserlə çalmaq lazımdır.
Sonra isə unu yavaş-yavaş əlavə edib qaşıqla qarışdırmaq lazımdır.
Südlə yağı yenidən qaynayana qədər qızdırılmalıdır (qaynamamalıdır). Sonra südü xəmirin üzərinə 2 dəfəyə əlavə edib qaşıqla aşağıdan yuxarı istəqamətdə 3-4 dəfə qarışdırmaql azımdır.
175 dərəcədə 25-30 dəqiqə bişiririk.
Üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.
Nuş olsun!