Qadin.NET / Gül səbəti tortu(foto resept)

Gül səbəti tortu(foto resept)

Tərkibi:

Biskivit üçün:

5 ədəd yumurta

1 st şəkər tozu

1 st un

 1 paket qabartma tozu

Vanilin

Krem üçün:

Qaymaq 33%li -350 q

 Moskarpone -500 q

1 fincan şəkər pudrası

Mastikanın alt kremi üçün:

 "Best Cow" kərə yağı -200 q

Qatılaşdırılmış süd -200 q

Üzərindəki dekor işləri marzipandan hazırlanıb.

Hazırlanma qaydası:

İlk olaraq biskivit hazırlanır.  Bunun üçün yumurta şəkər tozu ilə çalınır.

Üzərinə ələkdən keçirilmiş un, qabartma tozu və vanilin əlavə olunur və qaşıqla ehtiyatla qarışıdırılır.

List yağlanır qarışıq listə tökülür 180 dərəcədə bişirilir.

Kremi hazırlamaq üçün lazım olan ərzaqlar mikserlə yaxşı-yaxşı çalınır.

Tortun üzərinə krem hazırlamaq üçün yağı mikserlə çalıb qatılaşdırılmış südə qatılır.

Qaymaqlı kremi biskivitin aralarına çəkirik. İstəyə görə aralarına meyvə dilimləri də düzə bilərsiz.

 

Gül səbəti tortu(foto resept)

Biskivitin üzəri üçün isə qatılaşdırılmış süd ilə olan krem çəkilir və soyuducuya qoyulur.
 

Gül səbəti tortu(foto resept)

Marzipanı əlimizlə yumşaldıb oxlovla yayırıq. Bir az böyük yaymaq lazımdı.

Soyuducudan tortu çıxarıb üzərini marzipanla örtürük.

 

Gül səbəti tortu(foto resept)

Fiqurların köməyi ilə güllər kəsilir.

Gül səbəti tortu(foto resept)

Yarpaq formalı fiqurla yarpaqlar kəsilir.

Gül səbəti tortu(foto resept)

Gülləri qurutmaq üçün yumurta qabları əla seçimdir. Orda daha rahat quruyur.

Gül səbəti tortu(foto resept)

Güllər xüsusi tort üçün olan simlərə bərkidilir və əzilməməsi üçün şəkildəki qaydalara əməl edilməlidi.

Gül səbəti tortu(foto resept)

Gül səbəti tortu(foto resept)

Səbəti hazırlamaq üçün şəkildəki formalar düzəldilir. Hamısı eyni olmalıdır.

Gül səbəti tortu(foto resept)

Və şəkildəki kimi yığılır.

Gül səbəti tortu(foto resept)

Artıq səbət hazırdır. Üzərinə isə gülləri batırırıq.

Gül səbəti tortu(foto resept)

Buyurun, nuş olsun. Qoy həyatınız Bu tort kimi şirin, gülləri kimi gözəl olsun.

Gül səbəti tortu(foto resept)
Nuş olsun!
22 fevral 2016
GO BACK