Tərkibi:
Yumurta-2-3 ədəd
Un-70 q
Şəkər tozu-160-200 q
Kakao-1 x.q
Vanilin-1 ədəd
Qabartma tozu-ədəd
Çiyələk-300 1
Yoqurt-300 q
Qaymaq-200 ml
Jelatin-2x.q
Hazırlanması:
Yumurtanı şəkər tozunun yarısı və vanilinlə yaxşı-yaxşı qarışdırırıq.
Kənarda kakao, un və qabartma tozunu qarışdırıb yumurta qarışımının içinə əlavə edirik.
Aldığımız qarışımı silikon ürək formalı qaba əlavə edib 175-180 dərəcədə 15-20 dəqiqə bişiririk.
Biskivit bişdikdən sonra soyumasını gözləyirik.
Çiyələyi əzib qalan şəkər tozu, yoqurt və qaymaqla qarışdırırıq.
Jelatini soyuq suda həl edib, par vannasında yumşalana qədər qızdırırıq. Sonra çiyələk kreminə əlavə edirik.
Alınan məhlulu ürək formalı silikon qaba əlavə edib soyuducuya qoyuruq. Ən az 3 saat orda donmalıdır.
Alınan ürək formalı çiyələkli-qaymaqlı sufleni ürək formalı biskivitin üzərinə qoyuruq.
Zövqümüzə görə bəzəyə bilərik.
Çəhrayı ürək tortumuz hazırdır.
Nuş olsun!
(tərcümə edilib)
Bayramınız mübarək olsun, əziz xanımlar!