Qadin.NET / "Qızcığaz dovşan" tortu (foto resept)

"Qızcığaz dovşan" tortu (foto resept)

Əziz Qadın.Netlilər, bu dəfə sizə uşaqların üzündə təbəssüm yaradacaq qızcığaz dovşan tortunun hazırlanma qaydasını təqdim edirəm. Bunun üçün bizə arzu etdiyimiz reseptlə hazırlanmış dairə formalı iki ədəd nazik və ya bir ədəd qalın biskvit lazımdır.
"Qızcığaz dovşan" tortu (foto resept)

İki biskvitin arasını istədiyimiz kremdən istifadə edərək adi qaydada tortu yığırıq. Kremin bərkiməsi üçün 1 saatlıq soyuq yerə qoyuruq. 

Aşağıda göstərilən sxemə uyğun olaraq çöplə tortun üzərində cızıqlar çəkirik. 

"Qızcığaz dovşan" tortu (foto resept)

Başı çəkmək üçün hər hansı qabdan (məsələn kasadan) istifadə etmək olar.

"Qızcığaz dovşan" tortu (foto resept)

Sxemdə qırmızı nöqtələrlə işarələdiyim yerlərdən iti bıçaqla kəsirik.

"Qızcığaz dovşan" tortu (foto resept)
"Qızcığaz dovşan" tortu (foto resept)

Sxemdə qeyd olunan qulaq hissələri başın üzərində yerləşdiririk.

"Qızcığaz dovşan" tortu (foto resept)

Şəkildə yaşıl rənglə qeyd etdiyim hissədən həm ayaq kəsirik, həm də arzuya görə dovşanın yanında ürək, gül, şar, yaşa uyğun rəqəm (əgər doğum günü tortudursa) və s. kəsmək olar. Dövşanın gözlərini, ağzını və burnunu da çöplə cızırıq.

"Qızcığaz dovşan" tortu (foto resept)

Perqament kağızından hazırladığımız kiçik torbalara müxtəlif rəngli kremlər dolduraraq başlayırıq tortu bəzəməyə.

"Qızcığaz dovşan" tortu (foto resept)

"Qızcığaz dovşan" tortumuz hazırdır. girl_ten

"Qızcığaz dovşan" tortu (foto resept)
Gözəldir, elə deyilmi?
"Qızcığaz dovşan" tortu (foto resept)
Nuş olsun!
"Qızcığaz dovşan" tortu (foto resept)
10 fevral 2015
GO BACK