Qadin.NET / Şokolad xülyası (foto resept)

Şokolad xülyası (foto resept)

 Şokolad xülyası (foto resept)

Tərkibi:

Qatılaşdırılmış süd - 200 q,

 Şokolad - 200 q,

 Kərə yağı - 40 q,

 Qoz və ya fıstıq qızardılmış - 100-150 q.

Hazırlanması:

Qatılaşdırılmış südü bir qaba töküb üzərinə doğranmış şokoladları əlavə edin. Sonra üzərinə kərə yağı əlavə edib orta odda qarışdıra-qarışdıra bişirin.

Şokolad xülyası (foto resept)

Şokoladlar əridikdən sonra qabı oddan götürüb üzərinə əvvəlcədən qovrulmuş fıstıqları (zövqə görə qoz və fındıqla da əvəz edə bilərsiniz) əlavə edin.

Şokolad xülyası (foto resept)

Bir elastik qaba töküb soyumağa qoyun. Sonra isə 1-2 saat soyuducuda saxlayın. Soyuducudan götürdükdən sonra çıxarıb şəkildəki kimi doğrayın.

Şokolad xülyası (foto resept)

Kiçik hissələrə böldükdən sonra süfrəyə verə bilərsiniz. 

Şokolad xülyası (foto resept)

Nuş olsun!

1 fevral 2015
GO BACK