Tərkibi:
2 yumurta
1 st. şəkər tozu
2 x.q. bal
2 ç.q. soda
2 x.q. "Best Cow" kərə yağı(ev şəraitində yumşalmış)
Un (lazım olan qədər)
Kakao (istəyə görə)
Krem üçün:
Qaymaq 33%
Şəkər pudrası 5 x.q.
Vanilin
Hazırlanması:
İlk əvvəl yağ, yumurta, soda, bal, şəkər tozu birlikdə qarışdırılır ki, yumurta təmiz açılsın.
Daha sonra bu qarışıq buxarda iki dəfə artana kimi, dayanmadan qarışdırılaraq bişirilir.
Hazır olandan sonra üzərinə az-az un və vanilin əlavə edib ələ yapışmayan yumşaq xəmir edirik.
Alınan xəmiri 7 və ya 8 kündəyə bölürük.
Kündələri yayırıq, kənarlarını kəsib 180 dərəcədə 5-6 dəqiqə bişiririk, yəni qızaran kimi götürürük.
İndi isə kremi hazırlayaq. Qaymağa vanilin, şəkər pudrası qatıb mikserlə çalırıq.
Hazır olan yuxalarımızın aralarını kremləyib üst-üstə yığırıq.
Üzərini istəyə görə bəzəyirik.