Hazırlanması:
120 q un
120 q şəkər tozu
120 q “Möcüzə” kərə yağı
120 q qara şokolad
6 ədəd yumurta
İçlik üçün:
120 q ərik cemi
1 y.q limon suyu
Qlazur üçün:
80 q şokolad
60 q “Möcüzə” kərə yağı
Hazırlanması:
Sobanı yandırın və dərəcəsini 180 dərəcə edin.
Şəkər tozunun yarısı, yumurta sarılarını mikserlə çalın.
Yağ əlavə edib qarışdırın.
Sonra isə əridilmiş şokoladı yumurta sarılarının üzərinə əlavə edin və adi və ya taxta qaşıqla ehtiyatla qarışdırın.
Sonra isə unu bu qarışımın üzərinə ələyin və yenidən ehmalca qarışdırın.
Yumurta ağlarını kənarda yaxşıca mikserlə çalın (köpük əmələ gələnədək). Yerdə qalan şəkər tozunu da onun üzərinə əlavə edin.
Sonra isə bir dəqiqə ərzində mikserlə çalın. Parıltılı məhlul əmələ gəlməlidir.
Yumurta ağlı qarışımın yarısını xəmirli qarışıma əlavə edin və qarışdırın.
Sonra isə isə yerdə qalan digər hissəni də xəmirli qarışıma əlavə edin.
Xəmiri yağlanmış, unlanmış qaba tökün və 1800C-də 40 dəqiqə bişirin.
Soyumuş biskviti iki yerə bölün. Cemi isidin və ələkdən keçirin. Ələkdən keçirilmiş cemin yarısını kəsilmiş bistvitin üzərinə çəkin. İkinci biskviti onun üzərinə qoyun. Yerdə qalan cemə limon suyu əlavə edin və yenidən isidin. Cem qaynayanda götürün və tortun üzərinə töküb yayın.
İndi isə qlazuru hazırlayın. Yağı şokoladla birlikdə əridin və qlazuru tortun üzərinə və kənarlarına çəkin. Tortun üzərindəki qlazur soyuyana qədər kənarda yenidən şokolad əridə bilərsiniz ki, onunla da tortun üzərini bəzəyəsiniz.
Nuş olsun!
(Tərcümə edilib)