Qadin.NET / 8 Mart tortu (foto resept)

8 Mart tortu (foto resept)

 

Tərkibi:

 2 yumurta

 1,5 st şəkər tozu

100 qr yağ

1 st qatıq

2 st un

Vanil

Qabartma tozu

Bu bir biskvitin tərkibidi


 Krem üçün:

300 qr kərə yağı

1 banka bişmiş qatılaşmış süd

2 yumurta

5x/q  şəkər tozu

3ç/q un

1 st süd

Vanil


8 Mart tortu (foto resept)

 

 Hazırlanması:

İki yumurtanı  şəkərlə mikseri söndürmədən 15 dəqiqə çalmalı.


8 Mart tortu (foto resept)

 

Otaq temperaturunda tam yumşalmış yağ da əlavə olunur.      

    

8 Mart tortu (foto resept)

 

Qatığı isə az-az əlavə edib yenidən çalınır.


8 Mart tortu (foto resept)

 

Kütlənin üzərinə vanili, iki dəfə ələnmiş un və qabartma tozunu da əlavə edib,qaşıqla qarışdırılır.Hazır xəmir yağlanmış,unlanmış tavaya töküb,180*də ilk 20 dəqiqə sobanın qapısını açmamaq şərtilə 30 dəqiqədə bişir.


8 Mart tortu (foto resept)

 

Bu arada bişən kremi hazırlamaq üçün şəkərlə unu qarışdırıb yumurta ilə möhkəm çalınır.

Sonra südü və vanili əlavə edib parda qatılaşana qədər bişirilir.

Krem üçün ayırdığımız kərə yağını mikserlə ağarana qədər möhkəm çalmaq lazımdır. Sonra isə qaşıq-qaşıq qatılaşmış südü sonra isə bişmiş soyumuş kremi asta-asta əlavə edib dayanmadan çalınır.


8 Mart tortu (foto resept)

Hazır biskvitin kənarlarını kəsib tortu bəzəmək üçün üyüdülür.Biskviti ikiyə bölüb hər iki tərəfi kremlənir+doğranmış qoz ləpəsini və  portağal xırdalarını əlavə olunur.Zövqə görə bəzədilir.


8 Mart tortu (foto resept)

 

8 Mart tortu (foto resept)

 

Nuş olsun! 


8 Mart tortu (foto resept)

 

8 Mart tortu (foto resept)

 

 

8 mart 2011
GO BACK